Avtomobilin vurduğu qadın xəstəxanada ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə dekabrın 5-i saat 06 radələrində şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Belə ki, Afiq Cəfərovun idarə etdiyi “Opel Astra” markalı avtomobil hərəkətdə olan zaman 1951-ci il təvəllüdlü piyada Tənzif Məmmədovanı vurub. Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın orada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...