Avtomobili narkotikin təsiri altında idarə edən sürücü həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobili narkotikin təsiri altında idarə edən sürücü inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Elməddin Əbilov idarə etdiyi “Fiat” markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
E.Əbilovun nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. Bundan əlavə, həmin şəxsin spirtli içkidən həm də narkotik vasitədən istifadə etdiyi müəyyən edilib. Barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Əbilov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
“Bandotdel” əməliyyat keçirdi - 13 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasi...