Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
04
sen
2026
10:43
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
2000-ci il təvəllüdlü Tehran Seyidovun sürdüyü "Renault Megane" markalı avtomobil idarəetmədən çıxaraq yolun sağ hissəsində olan ağaca çırpılıb.
Nəticədə, avtomobilin ön oturacağında əyləşən 1981-ci il təvəllüdlü Qasımov Eşqin Məhərrəm oğlu hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar xəbərlər
57 yaşlı müğənni vəfat etdi
Müğənni Nev (Nevzat Doğansoy) vəfat edib. BAKU.WS xəbər verir ki, 57 yaşlı sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, o sentyabrda huş...