Avtomobil texniki nasazlıq səbəbindən yol kənarında dayanan başqa maşına çırpılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) görüntülər yayıb.
Hadisə zamanı hərəkətdə olan avtomobil texniki nasazlıq səbəbindən yol kənarında dayanan başqa maşına çırpılıb.
Qurum texniki nasazlıq səbəbindən yolda qalan avtomobil sahiblərinə müraciət edib.
"Texniki nasazlıq yaranarsa, təhlükəsizlik tədbirlərinə mütləq əməl edin:
- Avtomobili dərhal yolun kənarına çəkin;
- Qəza işıq siqnallarını yandırın;
- Nəqliyyat vasitəsinin arxasında azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırın".
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...