Avtomobil qaz xəttini qırdı, şəhərin bir hissəsi qazsız qaldı - VİDEO
24
dek
2021
08:23
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidə qoşqulu avtomobilin qaz kəmərini qırması nəticəsində sakinlər qazsız qalıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində yerləşən Olimpiya kompleksinin yaxınlığında baş verib.
Kənd təsərrüfatı texnikası daşıyan ağır tonnajlı qoşqulu avtomobilin qaz kəmərini qırması nəticəsində şəhərin bir hissəsinin qaz təchizatı kəsilib.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...