Avtomobil ağaca çırpıldı -1 ölü, 2 yaralı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunda ağır yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ rayonunun Bunud kəndi istiqamətindən keçən hissəsində qeydə alınıb. Qəbələ rayon Vəndam kənd sakini 2001-ci il təvəllüdlü Lətifov Ramin Asif oğlu idarə etdiyi "Nissan Sunny" markalı avtomobilin idarə etməsini itirərək avtomobili yol kənarındakı ağaca çırpıb.
Nəticədə sürücü hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər 2001-ci il təvəllüdlü Xəlilov Şəhliyar Mübariz oğlu və 2002 ci il təvəllüdlü Cabayev Murad Sərxan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.
Xəsarət alan şəxslərin də Qəbələ rayonunun Vəndam kənd sakinləri olduğu bildirilir. İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub.
Oxşar xəbərlər
Gecə ağır qəza baş verib - Ölən və yaralılar var
Zaqatalada baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha iki nəfər xəsarət alıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 24-dən 25-nə keçən...