Avtobusu qarlı havada əks yolla sürən sürücü CƏZALANDIRILDI - ANBAAN VİDEO - YENİLƏNİB - 1
Yeniliklərdən dərhal xəbərdar olun
Qarlı havada avtobusu əks istiqamətdə idarə edən sürücü 100 AZN və 4 bal cərimələnib.
Bunu BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
O əlavə edib ki, sürücü İnzibati Xətalar Məcəlləsinin 327,4-cü maddəsi ilə (Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə) cəzalandırılıb.
***10:22
"Əks istiqamətdə hərəkət edən avtobusla əlaqədar qanuni tədbirlər görüləcək".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib:
"Baş vermiş hadisə ilə bağlı dayışıcı şirkət məlumatlandırılacaq, sürücü barəsində isə qanuni tədbir görüləcək. Sürücüləri bir daha belə hərəkətlərə yol verməməyə və sərnişinlərin həyatlarını təhlükəyə atmamağa çağırırıq".
***09:47
Bakıda avtobus sürücülərindən biri qarlı havada sərnişinlərin həyatını təhlükəyə atıb.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
Belə ki, 107 nömrəli avtobus "Böyükşor gölü" üzərindəki yolda əks istiqamətdə hərəkət edib.
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...