Avtobus yanacaq daşıyan maşınla toqquşdu: 35 YARALI VAR
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kayseri vilayətinin Melikgazi rayonunda ağır yol nəqliyyat hadisəsi yaşanıb.
BAKU.WS xəbər verir ki, Cizrədən Ankaraya istiqamətlənən sərnişin avtobusu ilə benzin daşıyan çən toqquşub.
Qəza nəticəsində 35 nəfər yaralanıb. Onlardan 2-sinin vəziyyəti ağır qiymətləndirilir. Yaralılar təcili tibbi yardım maşınları ilə şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.
Zərbənin gücündən aşan çəndən yola böyük miqdarda benzin sızıb. Yanğın və patlayış təhlükəsinin qarşısını almaq üçün bələdiyyə briqadaları ərazidə təmizləmə işlərinə başlayıb.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və xilasedici heyət cəlb olunub.
Faktla bağlı rəsmi araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...