Avtobus velosiped sürən uşağı vurdu - BAKIDA DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

03
iyl
2019
11:51
Xüsusilə yay aylarında velosipedlə baş verən yol qəzalarının sayı artır.BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, yolun hərəkət hissəsində velosiped sürənləri bir çox hallarda avtomobillər vurur.Birinci qəzada velosipedçi yolayrıcını keçməyə çalışır. Bu zaman qarşı tərəfdən gələn avtomobil onu vurur. Xoşbəxtlikdən avtomobil velosipedə daha çox dəydiyi üçün onu idarə edən gənc sağ qalır.Ətrafdakı insanların köməyi ilə o, xəstəxanaya çatdırılır.İkinci hadisə isə ölümlə nəticələnir. Yolun hərəkət hissəsinə çıxan velosipedçi uşağı avtobus sürücüsü yəqin ki, görmür. Nəticədə uşaq yüksək sürətlə gələn avtobusun altında qalaraq həyatını itirir.Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı hesab edir ki, velosiped idarə edənlər üçün ayrılmış zolaqlar olmalıdır. “Düzdür, Bakı Nəqliyyat Ağentliyi bu istiqamətdə işlər aparır.Amma görünən odur ki, bu qəzalar hələ çox baş verəcək. Çünki burada insan məsuliyyəti də önəmlidir.Məsələn, elə birinci qəzada gənc qəfildən yola çıxır. Yolayrıcının tamamilə boş olduğuna əmin olmadan çıxdığı üçün vurulur.İkinci qəza isə ehtiyyatsızlıqdan irəli gəlir. Həm velosipedi sürən uşaq, həm də avtobus sürücüsü ehtiyatsızlıq edir.Nəticədə bir uşaq həyatını itirir, bir ailə gözüyaşlı qalır, bir sürücü isə həbsə gedir. Bunların olmaması üçün təhlükəsizlik qaydarına ciddi əməl etmək lazımdır”.
Oxşar xəbərlər
Bakıda bu yolun dədinə çarə tapılmır - “Restoranlar küçəsi”ndə biabırçılıq (VİDEO)
Bakıda bir sıra məhşur şadlıq sarayının yerləşdiyi Çobanzadə küçəsində uzun illərdir nəqliyyatın hərəkətinə yaradılan süni problemi hələ də həll etmək mümkün ol...
