Bu kənddə hər kəs velosiped sürür - (VİDEO)

Bu kənddə hər kəs velosiped sürür - (VİDEO)
Video
Sosial 2570
Günümüzdə avtomobillərdən geniş istifadə olunsa da, Zaqatalanın dağlı kəndində avtomobil heç də dəb deyil. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, bu kənddə əsas nəqliyyat vasitəsi hər tərəfli faydalı olan velosipeddir. 3185 nəfər əhalisi olan Dağlı kəndi rayon mərkəzindən 18 kilometr kənarda yerləşir. Kənd yollarında avtomobildən çox at arabası və velosiped görmək mümkündür. Gənclərlə yanaşı, yaşlı nəslin nümayəndələri hətta qadınlar da uzun illərdir ki, velosiped sürür. Bayram Əliyev – Dağlı Kənd orta məktəbinin direktor müavini: “9-cu sinifdə ayrı kəndə oxumağa getməli oldum. Məcburən Velosiped aldım. 1972-ci ildən velosiped sürürəm. Həm uşaqlarımı, həm də nəvələrimi məktəbə, baxçaya daşıyıram”. Sakinlər gündəlik həyatlarında, təsərrüfatlarının idarə edilməsində nəqliyyat vasitəsi kimi əsasən velosipeddən istifadə edirlər. Bu ucqar kənddə müəllimlər məktəbə, tibb işçiləri xəstə yanına belə velosipedlə gedir. Nuranə Osmanova – Tibb işçisi: “Mən xəstə yanına gedirəm, ona görə də velosiped çox lazım olur. Maşın da sürürdüm, amma velosipedin yerini vermir. Bu daha rahatdı”. Digər tərəfdən, velosiped sürməyin insan orqanizminə böyük faydası var. Velosiped yürüşü zamanı ayaq əzələləri möhkəmlənir, onların dözümlülüyü artır, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən yaşlı nəslin nümayəndələri velospeddən istifadə etdikləri üçün daha gümrah yaşadıqlarını bildirirlər. Sakinlərin nəqliyyat vasitəsi kimi velosipedə üstünlük verməyinin əsas səbəbi insan sağlamlığı üçün faydalı olmaqla yanaşı, həm də ekoloji cəhətdən təmiz və xərcsiz olmasıdır.

Oxşar xəbərlər

Nyu Yorkda terror: Azı 8 adam ölüb

Nyu Yorkda terror: Azı 8 adam ölüb

ABŞ-ın Nyu York şəhərində terror aktı törədilib.BAKU.WS-in məlumatına görə, pikapın velosiped yoluna girməsi nəticəsində azı 8 adam ölüb, 11 nəfər ciddi yaralan...

980 Hadisə 15:14 01 noyabr 2017

Son xəbərlər