Avtobus dayanacaqda saxlamadı - XƏBƏRDARLIQ EDİLDİ
Bakıda 172 nömrəli marşrut xətti ilə bağlı ciddi narazılıq yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Sərnişinlərin sözlərinə görə, avtobus Koroğlu istiqamətindən gələndə nə öz xətti üzrə hərəkət edir, nə də iki rəsmi dayanacaqda dayanır.
"Dayanacaqlardan biri Bakı Texniki Kollecinin qarşısındadır. Burada həm dayanacaq lövhəsi, həm də yol nişanlanması – ziq-zaq xətti mövcuddur. İkinci dayanacaqda da eyni şəkildə dayanacaq nişanı və yol işarələri olsa da, 172 nömrəli avtobus sürücüləri sərnişin götürməkdən imtina edir. Sürücülər buna "bizim tabloda bu dayanacaq göstərilmir" deyə haqq qazandırmağa çalışırlar. Halbuki həmin ərazidən yalnız 172 nömrəli xətt keçir və alternativ marşrut yoxdur".
Məsələ ilə əlaqədar AYNA-nın mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı daşıyıcıya xəbərdarlıq edilib və avtobusların dayanacaqlar üzrə dayanmaları təmin edilib:
"Marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların bəzi sürücüləri qeyd edilən danayacaqlara daxil olmayıblar. Bununla bağlı daşıyıcıya xəbərdarlıq edilib və avtobusların dayanacaqlar üzrə dayanmaları təmin edilib".
"Daşıyıcıya sürücülərin sərnişindaşıma qaydalarına əməl edilmələrinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi barədə tapşırıq verilib və nəzarət gücləndirilib, - deyə açıqlamada vurğulanıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Sumqayıtda avtobus və yük maşını yolda batıb qaldı
Son bir neçə gündür davam edən güclü yağış Sumqayıtda problemlərə səbəb olub. BAKU.WS xəbər verir ki, yağışdan sonra şəhərin İnşaatçılar qəsəbəsində qazıntı apa...