Avropada görməyə öyrəşdiyimiz mənzərə Bakıda: Sürücülərimizdən nümunəvi addım! - VİDEO
16
avq
2019
15:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tıxac, aqressiya, bir birinin yoluna çıxmaq. Avtomobil yollarında bu kimi hadisələrin az şahidi olmamışıq.BAKU.WS xəbər verir ki, ən çox da PİK saatlarda ya da tıxaclarda sürücülərin bir-birinə qarşı aqresiyası, münasibəti daha geniş vüsət alır.Kim necə gəldi digərinin yoluna çıxır, yol hərəkəti qaydalarını pozur və çox təəssüf ki, bu hallar qəzalara səbəb olur.Amma sevindirici haldır ki, məsuliyyətli sürücülərimiz də az deyil. Sizə bununla bağlı qeyri-adi bir hadisədən bəhs edəcəyik.Paytaxt küçələrində sıx və uzun tıxaclarda sürücülərin nümunəvi davranışı kameraya düşüb.Sürücülər yolda tıxac olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınının hərəkətinə maneэ yaratmırlar.Tıxaca rəğmən sürücülər Yol polisinin müdaxiləsi olmadan özləri yanğınsöndürən maşına yol açırlar. Sürücülər yanğınsöndürən maşının tıxacda yubanmasına imkan verməyib.Bu məsuliyyətli sürücüləri alqışlayır, hər kəsi avtomobil sürərkən bu cür məsuliyyətli olmağa çağırırıq.
Oxşar xəbərlər
Polisin hər yerdə axtardığı qızdan ŞOK ETİRAFLAR – “70 yaşlı kişiyə verirdilər” – VİDEO
İyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayan Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Nuranə Ədalət qızı Dadaşova başına gələnlərlə...