Aviaqəzada həlak olan futbolçunun bibisi: "Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi"
"Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi".
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Bakının "Gənclik" klubunun 13 yaşlı futbolçusu Məhəmmədəli Yeqanovun bibisi Zara İvanova vida mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
"Məhəmmədəli ilə sonuncu dəfə xeyli müddət əvvəl danışmışdım. Nəsə demək çox çətindir. Bayramı anasının yanında keçirmək üçün Qroznıya gedirdi. Çox gözəl uşaq idi", - deyə mərhumun yaxını söyləyib.
Qeyd edək ki, Məhəmmədəli Yeqanov Suraxanıda dəfn olunacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer" tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirildi - 14 yaşlı oğlan SAXLANILDI
Bu gün saat 22 radələrində Bakının Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. BAKU.WS xəbər v...