“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
“Atlant” əyləncə və istirahət mərkəzinin direktoru Tahir Qədəşovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.
BAKU.WS “kriminalqafqaz”a istinadən xəbər verir ki, sahibkar dövlətə olan borcunu ödəmədiyi üçün onunla bağlı qərar verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində T.Qədəşova qarşı qaldırdığı iddia təmin olunub.
Məlum olub ki, “Atlant”ın sahibi ümumilikdə 18 min manat borcu ödəməkdən yayınıb.
Qeyd edək ki, T.Qədəşov ötən ilin avqustunda karantin qaydalarının pozulmasına şərait yaratdığı üçün polis tərəfindən saxlanılmışdı. Onun qohumu, eyni mərkəzin rəhbərlərindən biri Azər Qədəşov həbs edilmişdi.
Oxşar xəbərlər
"ATLANT" İstirahət və Əyləncə Mərkəzinin rəhbəri həbs edilib - FOTO
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət-profilaktik...