“Atıb başımın altına yavaş-yavaş çəkirdim” – Bağını narkotik sahəsinə çevirən şəxs DANIŞDI – VİDEO
09
sen
2018
10:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Həyətyanı sahəsindən külli miqdarda çətənəkolu aşkarlandıARB TV xəbər verir ki, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rayonun Karrar kənd sakini Raqib Xankişiyev saxlanılıb.Əməliyyat zamanı Xankişiyevin yaşadığı kəndin ərazisindəki boş torpaq sahəsində kolluq ərazidə qanunsuz olaraq kultivasiya etdiyi çətənə kolları açkarlanıb. Hündülüyü 1,5 metr olan 36 ədəd yaş halda çətənə bitkisi, eləcə də, 64 ədəd çətənə bitkisinin qurumuş gövdəsi, bundan əlavə ordakı bitkilərdən əldə olunan və ümumi çəkisi 2,2 kq olan qurudulmuş mariuxana aşkar edilərək götürülüb.Raqib Xankişiyev – Saxlanılan şəxs: “Bu il əkmişdim, tutdular. Çəkməy üçün əkmişdim. Atıb başımın altına yavaş-yavaş çəkirdim. Peşmanam”.Faktla bağlı araşdırma davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Ağsu sakinindən narkotik götürülüb
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul...