Atası qadına qarşı əxlaqsızlıq etdi, oğlu isə bıçaqladı - Saatlıdakı cinayətin TƏFƏRRÜATI

Atası qadına qarşı əxlaqsızlıq etdi, oğlu isə bıçaqladı - Saatlıdakı cinayətin TƏFƏRRÜATI
Hadisə 243

Saatlıda gənc oğlan atasından şikayət edən qadını bıçaqlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini Fərhad Məmmədov (soyad şərtidir) qonşuluqda olan qadına qarşı əxlaqsız hərəkətlər edib. Qadın hadisə barədə polisə məlumat verib. Polis əməkdaşları F.Məmmədovu şöbəyə dəvət edərək izahat verməsini xahiş ediblər. Bunu eşidən Fərhadın həyat yoldaşı və oğlu Ceyhun qonşuya gələrək qadından şikayəti geri götürməsini tələb ediblər. Qadın şikayəti geri götürməyib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Ceyhun üzərində gəzdirdiyi bıçaqla qadına qol nahiyəsindən xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunub və hakim cinayət işinə xitam verib.

Oxşar xəbərlər

Bakıda dönərxanada YANĞIN başlayıb

Bakıda dönərxanada YANĞIN başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, metronun "Sahil" stansiyasının yaxınlığında dönərxanada yanğın baş ver...

79 Hadisə 22:59 18 yanvar 2026

Son xəbərlər