Ata və oğlunun öldüyü hadisə ilə bağlı - Hökm oxundu

Ötən ilin noyabrında Ağsu dolaylarında ata və 15 yaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Padar kənd sakini 1999-cu il təvəllüdlü Həsən Həsənli Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya da ha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmə) maddəsi ilə təqsirli bilinib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd olunub. Həmin cəzanın başa çatmasından sonr H.Həsənlinin 3 il nəqliyyat vasitəsi idarə etməsi də qadağan edilib.
Qeyd edək ki, hadisə vaxtı H.Həsənlinin idarə etdiyi "Mercedes C180" markalı avtomobil aşıb. Nəticədə Ağsu rayonu Cəlayır kəndindən olan 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və 2008-ci il təvəllüdlü Xangəldiyev Məsud Əmir oğlu ölüb, sürücü isə xəsarət alıb.
Ölən ata və oğul yolda H. Həsənin maşınına minib və Şamaxıya sənəd düzəltdirməyə gedirlərmiş.
Oxşar xəbərlər
İmişlidə qəza: "Mercedes" və "Opel Astra" toqquşdu
İmişli rayonunda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, qəza "Mercedes" və "Opel Astra" marka...