Ata qızı ilə birgə kürəkəni öldürməkdə ittiham olunur
Bu ilin aprelində Biləcəridə qətlə yetirilən Ədil Məhərrəmovun işi üzrə gözlənilməz dəlil ortaya çıxıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhumun qayınatası Nəcəf Qafarov və həyat yoldaşı Nuranə Nəcəfova cinayət işi üzrə həbs edilib.
Prokurorluq müəyyən edib ki, ata və qız mərhum Ədil Məhərrəmovu kəsici-deşici alətlə birlikdə öldürüblər. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb.
İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Baxış iclasında hadisənin necə və hansı niyyətlə törədildiyi məlum olacaq.
Qeyd edək ki, kürəkəninin ölümünə görə tutulan Nəcəf Qafarov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Oxşar xəbərlər
Bakı dairəvi yolda nəqliyyat vasitəsi yanıb, sıxlıq yaranıb
Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İnte...