Atı vurub aşdı – 3 nəfərin xəsarət aldığı qəzanın görüntüləri (VİDEO)
20
sen
2018
16:06
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır qəza baş verib.Bu haqda ARB-nin efirində yayımlanan "Hadisə" verilişində məlumat verilib. Belə ki, "VAZ-2107" markalı avtomobil qəflətən qarşısına çıxan atı vuraraq öldürüb və yol kənarına aşıb. Maşın zərbənin təsirindən deformasiyaya uğrayıb. Qəza nəticəsində rayon sakinləri 24 yaşlı Tanrıverdi Orucov, 23 yaşlı Elnur Zeynalov və 25 yaşlı Asif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyəti ağır olan Tanrıverdi Orucov reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Tovuzda ağır qəza – Ölən və yaralılar var – VİDEO
Tovuzda ölümlə nəticələnən qəza olub.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, Aşağı Quşçu kəndində “UAZ” və “VAZ-2107” markalı iki minik avtomobili toqquşub...