Astarada yolda sürüşmə və çökmə baş verib - FOTO

İntensiv yağışlar Astarada yolda sürüşmə və çökmələrə səbəb olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, son günlər intensiv yağışlardan sonra Astara rayonunun ucqar dağ kənd yollarında çökmələr və uçqunlara səbəb olub.
Uçqun və çökmələr əsasən Pensər – Toradi avtomobil yolunda, rayonun Hamuşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur. Qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hərəkəti üçün problemlər və təhlükələr yaranıb.
Kənd sakinlərin sözlərinə görə, yolda tez – tez belə halların baş verməsinə baxmayaraq, problem qısa müddətdə öz həllini tapır.
Qeyd edək ki, sinoptiklər havanın hələ bir neçə gün də dəyişkən olduğunu proqnozlaşdırırlar.
Qalereya

Oxşar xəbərlər
Gədəbəydə 86 yaşlı kişi özünü ASDI
Gədəbəydə intihar hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. Kənd sakini 1939-cu il təvəllüdl...