Astarada torpaq sürüşməsi olub, 10 ev üçün təhlükə yaranıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada torpaq sürüşməsi olub, 10 ev üçün təhlükə yaranıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Astaranın Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub.
Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıblar. Əraziyə yaxınlaşmaq qadağan olunub. Çünki sürüşmə hələ də davam edir. Hazırda ağır texnikalar cəlb olunmaqla Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.
Qalereya
Oxşar xəbərlər
Astarada torpaq sürüşməsi baş verib - FOTO
Astarada baş vermiş torpaq sürüşməsi 20-yə yaxın ailə üçün təhlükə yaradıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsi...