Astarada qayınata gəlini və dörd nəvəsini evə buraxmır
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada ana dörd azyaşlı övladı ilə birlikdə qayınatası tərəfindən yaşadığı evdən qovulub.
BAKU.WS Real TV-yə istinadən xəbər verir ki, Azadə Abdullayevanın qalmağa evi var, lakin 2021-ci ildə qayınatası Bakıdan Astaraya köçərək onlara zülm etməyə başlayıb.
A.Abdullayeva bildirib ki, yoldaşı Talehin görmə imkanları məhduddur və başqa gedəcək yerləri də yoxdur:
"Qayınatamın adı Mirzədir, bütün gün evdə olmur, amma axşamlar gələrək övladlarıma qışqırır, bizi evdən qovmaqla hədələyir. Yoldaşıma da deyib ki, məni boşasın. Boşanmadığımız üçün bizi evdən atır", - o bildirib.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...