Astarada dənizdə boğulan şəxs 5 UŞAQ ATASIDIR - Axtarışı davam etdirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə boğulma hadisəsi baş verib. Hadisə ilə bağlı bəzi detallar məlum olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlibmiş.
Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.
***10:45
Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən bir km aralı dənizdə nəzarətsiz ərazidə batan bir nəfərin şəxsiyyəti müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Elman Beybala oğlu Məmmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...