Astarada itkin düşən balıqçıların kimliyi məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada itkin düşən balıqçıların kimliyi məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.
*** 10:42
Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...