Astarada 60 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI
Astara rayonunda 60 yaşlı kişinin ölümünün təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Siyaku kəndində baş verib.
Kənd sakini 1966-cı il təvəllüdlü Fazil Söhbət oğlu Fətəliyev Bakıda yaşadığı evdən Astara rayonunun Siyaku kəndinə - anasının evinə qonaq gedibmiş.
O, həyətdə olarkən əncir yığmaq istəyib. Əvvəlcə bir vedrə əncir yığan F.Fətəliyev təkrar əncir yığmaq üçün ağaca çıxıb. Bu vaxt ağacın budağı qəfil qırılıb və o, ağacdan yıxılıb.
Ağır kəllə-beyin travması alan F.Fətəliyev təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırmalar Astara Rayon Prokurorluğu tərəfindən aparılır.
Oxşar xəbərlər
Orden alanlar arasında ildırım vurması nəticəsində həlak olan hərbçilər də var
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə...