Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb
Astarada 47 yaşlı qadının qətli ilə bağlı cinayət işi açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, bu gün saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Oxşar xəbərlər
Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb
Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, noyabrın 25-i saat 11 radələrində 45-ci məhəllənin ər...