Astara sakinlərindən qanunsuz odlu silahlar götürülüb

Astara sakinlərindən qanunsuz odlu silahlar götürülüb
Hadisə 36

Astara sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı cari ilin əvvəlindən keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Astara Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər