ASCO-nun gəmi kapitanı vəfat edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Fikrət Əmirov” gəmisinin matrosu Hamlet Rzazadə vəfat edib.
BAKU.WS bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, o, 6 may 1968-cı ildə Lerik rayonunda anadan olub, 1986-cı ildə matros-motorçu ixtisası üzrə Bakı Dənizçilik Məktəbini bitirib.
H.Rzazadə 1988-ci ildə matros kimi üzən heyətin sıralarına qoşulub, son iş yerinə qədər “Şair Sabir”, “Hüseyn Cavid”, "Qara Qarayev", "Azərbaycan" gəmilərində 1-ci dərəcəli matros və matros vəzifələrində çalışıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
ASCO-nun Akademiyasının prorektoru vəfat edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) kollektivinə ağır itki baş verib. BAKU.WS “report”a istinadən xəbər verir ki, ASCO-nun Azərbaycan Dövlət Dəni...