Arvadını və körpəsini öldürən şəxslə bağlı qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda arvadını və körpəsini öldürərək intihara cəhd edən şəxs barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Abşeron rayon prokurorluğundan bildirilib.
"İyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.
Oxşar xəbərlər
Arvadı və körpəsini öldürərək intihara cəhd edən Fəridlə bağlı YENİ XƏBƏR
Abşeron rayonunda həyat yoldaşı və 8 aylıq körpəsini öldürdükdən sonra intihara cəhd etməkdə şübhəli bilinən Fərid Hüseynlinin barəsində istintaq orqanı tərəfin...