Arvadını qısqanclığa görə döyən şəxsin cəzası azaldıldı

Arvadını qısqanclığa görə döyən şəxsin cəzası azaldıldı
Hadisə 210

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Pənah Behbudzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, Sabunçu Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona təyin edilmiş beş ay müddətə azadlıqdan məhrumetmə cəzası üç aya endirilib.

İttihama görə, hadisə 5 mart 2025-ci il tarixdə, saat 20 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Pənah Behbudzadə yaşadıqları evin qonaq otağında arvadı, zərərçəkmiş Maya Behbudzadə (adı, soyadı şərtidir) ilə qısqanclıq zəminində mübahisə edib. Bu zaman o, qəsdən yumruqla qadının üz və baş nahiyəsinə vurub, yerə yıxaraq ona yüngül zərər yetirib.

Hadisədən sonra Pənah Behbudzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, beş ay müddətə azadlıqdan məhrum edilib və dərhal məhkəmə iclas zalından həbs olunub.

Oxşar xəbərlər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb. Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb. Zərərçəkən Rəhman Əsgərov...

60 Hadisə 23:48 24 dekabr 2025

Son xəbərlər