Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Arvadını baltalamaqda təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə 135

Daşkəsən rayonunda həyat yoldaşı Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirməkdə təqsirləndirilən Teymur Ocaqverdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Daşkəsən rayonun Əmirvar kəndində baş verib.

İttihama görə, rayon sakini 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyev qısqanclıq zəmnində yaşadığı evdə həyat yoldaşı 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanı balta ilə qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuzda avtomobil işıq dirəyinə və ağaca çırpılıb, sürücü ölüb

Tovuz rayonunun Düz Cırdaxan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Ford" markalı yüngül tic...

9 Hadisə 09:09 16 avqust 2026

Son xəbərlər