Arvadına dörd bıçaq vuran şəxsə şərti cəza verildi

Arvadına dörd bıçaq vuran şəxsə şərti cəza verildi
Hadisə 109

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Qüdrət Səmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 9 sentyabr 2024-cü ildə, saat 2 radələrində Bərdə rayonu ərazisində qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Qüdrət Səmədovun həyat yoldaşı Sənəm Səmədova (adı, soyadı şərtidir) ilə aralarında ailə-məişət zəminində mübahisə yaranıb. Bu zaman o, qadının onu təhqir etməsindən əsəbiləşərək üzərində gəzdirdiyi bıçaqla arvadına ümumilikdə dörd zərbə endirərək, ona ağır bədən xəsarətləri yetirib.

Hadisədən sonra Qüdrət Səmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Son xəbərlər