Arif Qazıyevin adının keçdiyi 325 minlik dələduzluq işi - TƏFƏRRÜAT
20
sen
2018
16:39
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib.Daha sonra Ə.Əbdüləziz onun ifadəsini öz vəkilinin elan etməsini istəyib. Ə.Əziz deyib ki, səhhətində problem var, növbəti iclasda özü sərbəst ifadə verəcək. Məhkəmədə şahid qismində Ağasəf Quliyev dindirilib. O qeyd edib ki, tikinti müəssisəsinin rəhbəri olub: "Zərərçəkmiş İxtiyar Həsənovu 2010-cu ildən tanıyıram. 2013-cü ildə isə onun ofisinə gəlmişdim, qanı qara idi. Soruşanda bir nəfərə 325 min manat pul verdiyini dedi. Sonra Əziz müəllimin evinə getdik. Əziz müəllim 3 ay vaxt istədi. Lakin o, pulu vermədi. Bir də getdik Əziz müəllimin evinə. Həmin vaxt onlar arasında mübahisə düşdü. Əziz müəllimin həyat yoldaşı polisə zəng edəcəyini söylədi. Mən də onları sakitləşdirdim, sonra evdən çıxdıq".A.Quliyev vurğulayıb ki, İ.Həsənovun puluna görə, Ə.Əbdüləzizlə bir neçə dəfə telefon vasitəsi ilə danışıb: "Hər dəfə də başqa söz deyirdi".Ə.Əziz söyləyib ki, cinayət işində olan şahidlər qondarmadı: "Xahiş edirəm ki, mənim vəkilimi təmkinlə dinləyəsiz. Onu dinləyəndən sonra hər şey aydın olacaq".Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.İttiham aktına əsasən, Ə.Əbdüləziz aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tikinti işləri ilə məşğul olan tanışı, "ALFA LTD" şirkətinin rəhbəri İxtiyar Həsənova məktəb tikintisi işlərini tender yolu ilə alıb ona verəcəyinə dair yalan vəd verib.Belə ki, o, İ.Həsənovdan 2011-ci ildə 50 min manat pul alıb. Bu pulun 25 min manatını sonradan geri qaytarıb, qalan hissəsini isə dələduzluq yolu ilə ələ keçirib.Bundan başqa, Ə.Əziz Türkiyədən gətirilmiş plastik borularla yüklü 40 ədəd "TIR" tipli avtomaşını gömrük rüsumundan müəyyən qədər azad edəcəyini və tez bir zamanda sərhəddən buraxdıracağını vəd edərək, İ.Həsənovdan 300 min manat məbləğində pul alıb. Lakin o, vədinə əməl etməyərək, zərərçəkmişi növbəti dəfə aldadıb.Elan olunmuş ittim üzrə özünü təqsirli bilmədiyini deyib.Xatırladaq ki, cinayət işi üzrə Azərbaycan televiziya rejissoru, ssenari müəllifi Arif Qazıyevin də adı şahid qismində keçir.BAKU.WS
Oxşar xəbərlər
Polad Bülbüloğlunun qardaşına qarşı 200 minlik DƏLƏDUZLUQ
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS “report”a istinadən xəbər ve...