ARB TV səhvini qəbul etdi - AÇIQLAMA (VİDEO)

ARB TV səhvini qəbul etdi - AÇIQLAMA (VİDEO)
Video
Hadisə 1838

Bir neçə gün öncə ARB TV-nin "ARB Xəbər” proqramında İmişlidəki naməlum qəbirlərlə bağlı yayımlanan sujet sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub. Telekanalı tənqid edənlərlə yanaşı, müdafiə edənlər də olub.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin mətbuat xidmətindən açıqlama verilib:

"May ayının 8-də "ARB Xəbər”in 19:00 buraxılışında İmişlidə naməlum qəbirlərin aşkarlanması ilə bağlı sujet efirə gedib. Həmin sujet Qarabağ döyüşlərində həlak olan yaxınlarının sağ qalıb-qalmaması ilə bağlı insanları məlumatlandırmaq üçün hazırlanıb. Həmin qəbirlərdə uyuyan insanların dünyasını dəyişdikdən sonrakı fotolarının, bəzi tamaşaçılara pis təsir etməsini nəzərə alaraq, 23:00-dan öncə yayımlanması qanun pozuntusu hesab edilsə də, faydalı nəticəyə səbəb olub. Sujet efirə getdikdən sonra 20 ildən çoxdur ki, yaxınlarından xəbər ala bilməyən insanlar ARB TV-yə müraciət edərək, yaxınlarını efirdə gördüklərini söyləyib, bu sayədə yaxınlarının məzarlarını tapıblar. Telekanala bu addımına görə öz təşəkkürlərini bildiriblər, uzun illərdir məlumatsız qaldıqları məsələdə ARB-nin araşdırması nəticəsində məlumat aldıqlarını söyləyiblər".

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər