Aramsız yağış Astara yollarında fəsadlar yaradıb

Aramsız yağış Astara yollarında fəsadlar yaradıb
Hadisə 7

Astarada bir neçə gündür davam edən güclü yağış gediş-gəlişi çətinləşdirib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, yağış əsasən Astara rayonunun Şiyəkəran kəndinin yollarında problemlər yaradıb. Küçələrdə böyük gölməçələr əmələ gəlib. Bu da sakinlərin gediş-gəlişində çətinliklərə səbəb olub. Sakinlər yollardakı gölməçələrə görə uşaqları məktəbə aparmağın çətin olduğunu bildiriblər.

Şiyəkəran kənd bələdiyyəsinin sədr əvəzi Rövşən Heydərov bildirib ki, yolların bu vəziyyətdə olmasına səbəb axar sular üçün ötürücü kanalların olmamasıdır:

“Dəfələrlə yollara qreyder salınıb, yollar hamarlanıb. Su ötürücü kanallar olmadığı üçün yağış yağanda gölməçələr yenidən yaranır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər