AQTA: Yas mərasimindəki qida məhsulları laborator müayinəyə təqdim edilib

AQTA: Yas mərasimindəki qida məhsulları laborator müayinəyə təqdim edilib
Hadisə 19

Gəncə şəhərində 14 iyul 2026-cı il tarixində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, özlərini narahat hiss edən şəxslərə müvafiq tibbi yardım göstərilib.

"Onlara ilkin olaraq dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu qoyulub. Həkim müayinəsindən sonra vəziyyətləri qənaətbəxş qiymətləndirilib və evə buraxılıblar", - AQTA-dan bildirilib və əlavə edilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə mərasimdə təqdim olunan, məişət şəraitində hazırlanmış qida məhsullarından nümunələr götürülərək laborator müayinəyə təqdim edilib.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, iyulun 14-də Gəncədəki yas mərasimində qidalanan 6 nəfərin halı pisləşib və Gəncə Birləşmiş Yoluxucu Xəstəliklər şöbəsinə yerləşdirilib. 12 iyul tarixində də Gəncədə oxşar hadisə baş verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər