AQTA-nın əməkdaşları ağır qəza keçirdi - Ölən və yaralananlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı “VAZ-2106” markalı avtomobillə “Opel” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişin, Ağdam rayon sakini 24 yaşlı Kənan Novruzov hadisə yerində həyatını itirib.
Hadisədə Bərdə rayon sakinləri – 26 yaşlı Nurlan Şirinov və 59 yaşlı Qabil Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
BAKU.WS "manset.az"-a istinadən xəbər verir ki, hadisə zamanı həyatını itirən və xəsarət alan şəxslər Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin əməkdaşlarıdır. Onların Tərtərdən monitorinqdən qayıdarkən qəzaya düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...