Aparıcının oğlu yanğın zamanı zəhərləndi
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Bakı Biznes və Kooperasiya kollecində baş verən yanğın nəticəsində yaxınlıqda yerləşən Kooperasiya Universitetində 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənib.
BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, zəhərlənən abituriyentlərdən biri aparıcı Tahirə Məmmədqızının oğludur. Bu haqda aparıcı özü məlumat verib:
"Oğlumu digər zəhərlənənlərlə birlikdə 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə apardıq. Hazırda evdəyik. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya çatdırılanda durumu çox pis idi. Bir saat bizdən hər şeyi gizlətdilər. Çox qorxdum. Allahıma şükür edirəm ki, hər şey yaxşı qurtardı".
BAKU.WS
Oxşar xəbərlər
Bu abituriyentlər yenidən imtahana girəcəklər
Dövlət İmtahan Mərkəzi bu gün yanğın hadisəsi baş verən Kooperasiya Universitetində abituriyentlər üçün keçirilən qəbul imtahanları ilə bağlı məlumat açıqlayıb....