“Antalya Mehman” ləqəbli fahişə alverçisindən YENİ XƏBƏR

“Antalya Mehman” ləqəbli fahişə alverçisindən YENİ XƏBƏR
Hadisə 1108
Bakıda qadınları fahişəliyə cəlb etmədə təqsirləndirilən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçiriləcək iclas mayın 22-nə təyin edilib.Cinayət işi hakim Babək Pənahovun icraatına verilib.Qeyd edək ki, bu ilin yanvarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü G.Murtuzova prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Araşdırmalar nəticəsində G.Murtuzovanın işində yeni hallar üzə çıxıb.Belə ki, onun administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə M.Həsənov və B.Qəhrəmanovun rəhbərlik etdiyi məlum olub.Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.Cinayət işində 10 zərərçəkmiş var.Xatırladaraq ki, M.Həsənov “Antalya Mehman” ləqəbi ilə tanınır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər