Anasını odun parçası ilə öldürən şəxs tutuldu
Dekabrın 27-si saat 22 radələrində Quba rayonunun Bağbanlı kənd sakini 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Oxşar xəbərlər
Sumqayıtdakı qətlin təfərrüatı məlum olub: 3 ay əvvəl ailə həyatı qurubmuşlar - FOTO - YENİLƏNİB
Sumqayıtda kişinin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub. BAKU.WS report-a istinadən xəbər verir ki, qətlə yetirilən Ağahüseyn İmanov həyat yoldaşı Əf...