Anasına görə gömrük əməkdaşını öldürən yeniyetmənin məhkəməsi olub
Dövlət Gömrük Komitəsinin əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı R.Xəlilovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baş tutan prosesin qapalı keçirilməsi qərara alınıb.
Qeyd edək ki, hadisə 2025-ci il oktyabrın 11-də Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində baş verib.
1982-ci il təvəllüdlü Ayxan Mustafayevin özünə məxsus mağazanın qarşısında öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2009-cu il təvəllüdlü R.Xəlilovun bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. A.Mustafayev 17 yaşlı yeniyetmə R.X tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb. Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı A.Mustafayevi bıçaqlayıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Onu da qeyd edək ki, qətlə yetirilən Ayxan Mustafayev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub.
Oxşar xəbərlər
Bakı Kənar Dairəvi yolunda avtomobil YANDI, sıxlıq yarandı
Yasamal rayonu, Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib, ərazidə nəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olub. BAKU.WS xəbər verir ki, bu...