Ana və azyaşlı övladı dəm qazından zəhərləndi

Ana və azyaşlı övladı dəm qazından zəhərləndi
Hadisə 309

Gəncə şəhərində ana və az yaşlı övladı dəm qazından zəhərlənib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin "pasyolka" adlanan ərazisində qeydə alınıb.

26 yaşlı Gülər Quluzadə adlı qadın və onun 5 yaşlı oğlu Nurlan Quluzadə dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Onlara tibbi yardım göstərilib,vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər