Ana və 5 yaşlı qızı dəm qazından zəhərləndi - Vəziyyətləri ağırdır
22
dek
2019
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə ana və azyaşlı qızı dəm qazından zəhərlənib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bağmanlar qəsəbəsi adlanan ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən qaz sobasının qəfil sönməsi nəticəsində ana və qızı zəhərlənib.
1992-ci il təvəllüdlü Almaz Quliyeva və onun 5 yaşlı qızı Səma Quliyeva zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Vəziyyəti ağır olan şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.
Oxşar xəbərlər
Azərbaycanda daha dörd tələbə qız zəhərləndi
Şamaxıda bir gündə dörd tələbə dəm qazından boğulub. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, son günlər rayonda dəm qazından zəhərlənmə halları çoxalıb. Bu...