Ana doğuşdan sonra öldü

Ana doğuşdan sonra öldü
Hadisə 134

Naxçıvanda ana doğuşdan sonra ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qadının doğuşdan sonra səhhəti qəfil pisləşib.

Bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, onun bioloji ölüm faktı qeydə alınıb.

Qadının dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, ötən gün Tərtər rayonunda 2007-ci il təvəllüdlü qadın doğuş zamanı vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər