Ana 14 yaşlı qızını pul qarşılığında kişilərlə görüşdürür? - İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə 14 yaşlı qızın anası tərəfindən pul qarşılığınıda kişilərlə görüşdürülməsinə dair görüntülər yayılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə bir qadının azyaşlı qızını pul qarşılığında digər şəxslərlə görüşdürməsi barədə yayılmış məlumatlarla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hər iki şəxs müvafiq polis orqanına gətirilib.
Aparılan araşdırma zamanı azyaşlı qızın izahatı alınıb, sosial şəbəkədə qeyd olunan məlumatların həqiqətə uyğun olmaması müəyyən edilib.
Həmçinin anası da yayılan görüntülərin 3 il bundan əvvəl keçmiş həyat yoldaşı tərəfindən çəkilməsini qeyd edib.
Hazırda azyaşlı qıza qarşı cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər edilməsi ilə bağlı istintaq araşdırması aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...