AMEA-nın professoru vəfat etdi - FOTO

AMEA-nın professoru vəfat etdi - FOTO
Hadisə 166

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Aydın Abiyev vəfat edib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, alim 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Aydın Abiyev 28 aprel 1936-cı ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olub. Abiyev 1957-1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb.

Aydın Abiyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abiyev 1978-1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981-1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.

Alim 1992-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ədəbiyyat və Azərbaycan dili kafedrasının dosenti, sonra professoru olub. 2000-ci ildə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, həmçinin AMEA-nın Şərq xalqları ədəbiyyatı üzrə dissertasiya Müdafiə Şurasının üzvü olub. Abiyev Azərbaycanda ilk dəfə “Türkiyə ədəbiyyatı tarixi” dərsliyini və “Türk mənşəli şəxs adları sözlüyü” kitablarını nəşr etdirib.

AMEA-nın professoru vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Elmar Məmmədyarova ağır itki - FOTO - YENİLƏNİB

Görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Neft-Kimya Prosesləri İnstitutunun Sintetik yağların sintez və texnolo...

2049 Hadisə 19:09 02 yanvar 2022

Son xəbərlər