AMEA-nın keçmiş prezidenti vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Eldar Salayev vəfat edib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib.
1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilib.
Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.
O, 1983-1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.
Oxşar xəbərlər
Akademik Teymur Bünyadov dəfn olunub
Əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, akademik Teymur Bünyadov dəfn olunub. BAKU.WS Report-a istinadla xəbər verir ki, vida mərasimi mərhu...
