AMB 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Caspian İnvest" və "Effektinvest" MMC-lər, eləcə də "Finex Kredit" ASC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini cərimə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "Caspian İnvest"in vəzifəli şəxsi 1 500 manat, "Effektinvest"in vəzifəli şəxsi 4 500 manat, Finex Kredit"in vəzifəli şəxsi isə 8 000 manat cərimə olunub.
Oxşar xəbərlər
Xırdalanda maşın lükə düşdü, qurumlar məsuliyyəti bir-birinin üzərinə atır
Ötən gün Xırdalanda avtomobilin lükə düşməsi ilə bağlı xəbər vermişdik. Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli BAKU.WS-ə bildirib ki,...