“Alov qüllələri”nin qarşısında partlayış: Xəsarət alanlar var - FOTO

“Alov qüllələri”nin qarşısında partlayış: Xəsarət alanlar var - FOTO
Hadisə 837

Bakıda qaz sızmasından partlayış olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.

Son xəbərlər