“Alov qüllələri”ndə “ölümlə rəqs” videosu ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
11
mar
2020
12:29
“Alov qüllələri”ndə kəndirbazın hərəkəti ilə bağlı yayılmış video kompüter proqramları vasitəsilə hazırlanıb.
BAKU.WS-in məlumatına görə, “Alov qüllələri” Kompleksindən “qafqazinfo”ya bildirilib ki, videonun hazırlanmasında effektlərdən istifadə olunub.
Qeyd edilib ki, hər hansı bir kəndirbaz qüllələr arasında hərəkət etməyib.
Mətbuatda yayılmış sözügedən videoda dünən kəndirbazın küləkli hava şəraitində qüllələr arasında hərəkət etdiyi və bu anın helikopter vasitəsilə çəkildiyi bildirilmişdi.
Xatırladaq ki, “Alov qüllələri” Kompleksi Bakı şəhərində ən yüksək bina hesab edilir.
Oxşar xəbərlər
“Alov qüllələri”ndə “ölümlə rəqs” - VİDEO
Dünən Bakı sakinləri qeyri-adi hadisənin şahidi olublar. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, naməlum kəndirbaz “Alov qüllələri”nə qalxaraq orada “ölüm rə...